Menu
Sənin kartın

Annick Goutal

Annick Goutal

Annick Goutal – Bu selektiv ətir istehsal edən fransız markasıdır. Ətir evinin əsası 1981-ci ildə qoyulmuşdur.

Annick Goutal karyerasına ətriyyatçı olaraq başlamayıb. İlk öncə musiqiçi olaraq fəaliyyət göstərən xanım, tədbirlərin birində Vogue jurnalının fotoqrafının diqqətini çəkir və model olaraq çalışmağa başlayır. Model kimi işləyən zaman Annick, Anri Sorsana adlı parfümerlə tanış olur. Bu tanışlıq xanımda ətriyyata böyük həvəs və sevgi yaradır. 1977-ci ildə musiqiçi və model olaraq peşəsinə son verən xanım, özünü ətriyyata həsr etmək qərarına gəlir.

İlk zamanlar ətir evi uğurlu fəaliyyət göstərməsə də, dostları Annick-i ruhdan düşməyə qoymur. Bir müddət sonra Annick Goutal ətirləri popularlıq qazanır. “Taittinger Group şirkətinə daxil olduqdan sonra brend dünya bazarına çıxır. Marka Amerika bazarında tez bir zamanda rəğbət qazanır, hətta 1986-cı ildə Avropa keyfiyyət nominasiyasını qazanır.

1999-cu ildə, 53 yaşlı Annick vəfat edir və yerini qızı, Camille Goutal əvəz edir. Parfümer İsabelle Doyen-lə birgə çalışan Camille anasının işini layiqincə davam etdirir. Bu gün Annick Goutal markası ətir, kosmetik vasitələr və ev üçün parfümlər istehsal edir. Brend eksklüziv ətirlərin yaradılmasında öz ənənələrinə sadiq qalır, buna görə də, onların parfümləri parlaq fərdiliyi ilə seçilir və həmişə tanınır.

Brend: Annick Goutal
Annick Goutal Petite Cherie - Qadınlar üçün nəzərdə tutulmuş, çiçəkli-meyvəli ətirlər qrupuna aid olan ətirdir. Ətir 1998-ci ildə istehsal olunmuşdur. Parfümer: Annick Goutal. Ətir notları: Armud, Şaftalı, Qızılgül, Kəsilmiş ot, Vanil. ..
30,00AZN Vergiler Hariç:30,00AZN
Gösterilen: 1 ile 1 arası, toplam: 1 (1 Sayfa)